Azərbaycan çempionu Rumıniyanı fəht etdi
01.10.2010 - 22:30
Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində Azərbaycanı təmsil edən “Araz” bu gün son oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, ilk iki matçda qələbə qazanan Joze Alessio da Silvanın yetirmələri Rumıniyanın “Tırqu Mureş” klubu ilə qarşılaşıblar. Futzalçılarımız meydan sahibləri üzərində qələbə qazanıblar – 3:1.
Qeyd edək ki, bu turadək komandamız turnirdə keçirdiyi ilk oyunda İrlandiyanın “Sportinq Finqal” klubunu 7:4, ikinci qarşılaşmada isə Latviyanın “Nikars” komandasını 7:2 hesabı ilə məğlubiyyətə uğratmışdı. İki qələbə sayəsində çempionumuz son turdan asılı olmayaraq, vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin etmişdi.
“ARAZ” (AZƏRBAYCAN) – “TIRQU MUREŞ” (RUMINİYA) - 3:1
Anderson, 17; 19; 39 - İqnat, 39
Tırqu Mureş (Rumıniya). Şəhər idman kompleksi

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0