Revaz Dzodzuaşvili: Vəziyyət çox çətindir
01.10.2010 - 23:05
“Məşqçilər korpusunda hazırda klubda işləyən məşqçilər yer alacaqlar. Ehtiyat komandada çalışan mütəxəssislərin köməyindən istifadə edəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın yeni baş məşqçisi Revaz Dzodzuaşvili deyib.
Kluba məsləhətçi kimi dəvət edilən, amma son 2 oyunda komandanı faktiki olaraq meydana çıxaran, “Bakı”ya məğlubiyyətdən sonra isə istefaya göndərilən Sakit Alıyevin yerinə təyin edilən gürcü mütəxəssis “Qarabağ”la oyunda dönüş yaratmaq niyyətindədir. O, rəsmi baş məşqçi kimi bu gün keçirəcəyi ilk matçda qələbə qazanmaq istəyir: “Qarabağ”la oyun çox çətin olacaq. Gərgin matç gözləyirəm. Vəziyyətimiz elədir ki, xala ehtiyacımız var. Ona görə də ancaq qələbə haqqında düşünürük”.
Qarşıya qoyulan məqsəd barədə də danışan Dzodzuaşvili sona qədər mübarizə aparacaqlarını qeyd edib: “İndi vəziyyət çox çətindir. Öncə bu vəziyyətdən çıxmalıyıq. Təbii ki, “altılığ”a düşmək üçün mübarizə aparacağıq”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0