Arif Əsədov: Futbolçularımızın üzərində psixoloji basqı var idi
01.10.2010 - 20:03
“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Unibank Premyer Liqasının VIII turunda AZAL üzərində qazanılan qələbə ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, oyunsonrası mətbuat konfransında Əsədov bildirib ki, ötən tur “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra komandasına qələbə vacib idi: “AZAL çox güclü klubdur, Nazim müəllim çox yaxşı komanda formalaşdırıb. Bu oyunda qələbə bizə çox vacib idi. "Xəzər Lənkəran"a məğlub olduqdan sonra futbolçularımızın üzərində psixoloji basqı var idi. Bu baryeri aradan qaldırmaq üçün bugünkü oyunda qələbə mütləq idi. Qalib gəldikləri üçün futbolçularımı təbrik edirəm”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0