Mahir Şükürov “Spartak”a qarşı oynadı və üzüldü
03.10.2010 - 20:36
Rusiya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Mahaçqalanın “Anji” klubu Rusiya futbolunun ən məşhur komandalarından olan Moskva “Spartak”ını qəbul edib. 28 yaşlı müdafiəçimiz və yoldaşları bu görüşdən xalsız ayrılıblar – 0:1. Oyunun taleyini 22-ci dəqiqədə Marek Suxinin vurduğu top həll edib. Mahir start heyətində meydana girərək əvəzlənmədən mübarizə aparıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0