“Diniyev futbolçumuzu oynamağa qoymurdu” - FOTO
04.10.2010 - 12:16
“Turan” rəhbərliyi Unibank Premyer Liqasının VIII turunda “Qarabağ”a Tovuzda 0:1 hesabı ilə uduzduğu oyunda hakimlikdən narazı qalıb. Klubun prezidenti Musa Süleymanov apasport.az saytına açıqlamasında bildirib ki, baş hakim Ramil Diniyevin gürcü legionerləri Georgi Çediyaya göstərdiyi sarı vərəqəni düzgün deyil. Onun fikrincə, Diniyevin səhv qərarına baxılıb, qiymət verilməlidir: “Diniyev futbol,umuz oynama]a qoymurdu. Onun Çediyaya göstərdiyi sarı vərəqə müzakirə olunmalıdır. Çediya həmin epizodda yerə yıxılaraq, topu komanda yoldaşına ötürür. Hakim də oyunu dayandıraraq, ona simulyasiyaya görə sarı vərəqə göstərir. Halbuki, simulyasiyadan söhbət gedə bilməzdi. Qolla nəticələnə bilən hücumumuzu niyə dayandırırsan? Hücum bitəndən sonra sarı vərəqəni göstər də”.
Qeyd edək ki, Diniyev Çediyaya göstərdiyi vərəqə oyunda yeganə olub.
Qeyd edək ki, Diniyev Çediyaya göstərdiyi vərəqə oyunda yeganə olub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0