“Simurq”un sabiq kapitanı tez-tez Gürcüstana qaçırmış
04.10.2010 - 12:34
“Azərbaycana yollananda düşünmürdüm ki, karyeramı orada bitirəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna milli komandası və “Şaxtyor” klubundakı çıxışları ilə tanınan Mixail Starostyak deyib.
Karyerasının son illərini Zaqatalanın “Simurq” klubunda keçirən müdafiəçi Ukrayna mətbuatına verdiyi müsahibədə ölkəmizi də xatırlayıb. Starostyak “Simurq”dakı günləri haqda danışarkən, hazırda Bakının “İnter” klubunda Kaxaber Sxadadzenin köməkçisi olan Georgi Çixradze ilə münasibətlərini də açıqlayıb: “Komandamız Zaqatalada məskunlaşmışdı. Ora heç şəhər də deyil, paytaxt Bakıdan çox uzaqdadır. Hətta Tiflis daha yaxındır, Gürcüstan paytaxtına cəmi 150 kilometrdir. İmkan düşən kimi, 1-2 günlük Tiflisə gedirdim. “Şaxtyor”da oynamış dostum Georgi Çixradzeni ziyarət edirdim”.
Qeyd edək ki, Starostyak 2007-09-cu illərdə “Simurq”un şərəfini qoruyub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0