FİFA Berti Foqtsun çalışdırdığı komandanı cəzalandırdı
05.10.2010 - 09:50
FİFA-nın Fövqəladə Komitəsi Nigeriyanı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Afrika ölkəsində dövlətin futbol federasiyasına təzyiqlərini görən qurum bu addımı atmağa məcbur olub.
Federasiyanın İcraiyyə Komitəsinin üzvlərinin fəaliyyətinin məhkəmə tərəfindən dayandırılması, baş katibin Milli İdman Komitəsinin qərarı ilə istefaya göndərilməsi, həmçinin ölkə çempionatının aşağı dəstəyə yuvarlanan komandalarının İdman Nazirliyinin qərarı ilə geri qaytarılması FİFA-nın qəzəbinə səbəb olub.
Nigeriyaya tətbiq olunan cəzaya əsasən yığma və klub komandaları bütün növ beynəlxalq oyunlardan təcrid olunub. Onlar heç beynəlxalq səviyyədə yoxlama oyunu da keçirə bilməz. Afrikalılar həm də inkişaf proqramları üzrə maliyyə dəstəyindən də məhrum olacaq. FİFA-nın cəzası məhkəmənin qərarının ləğvi, həmçinin federasiyanın işinə müdaxilələrə son verilənədək qüvvədə olacaq.
Qeyd edək ki, yarışlardan kənarlaşdırılan Nigeriya yığmasını vaxtilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da çalışdırıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0