“Roma”nın futbolçusu “Qalatasaray”a gəlməyə razılıq verdi
05.10.2010 - 11:24
“Qalatasaray” klubu növbəti transfer bombasını partladır. Apasport.az saytının məlumatına görə, klub prezidenti Adnan Polatın dövrələrarası fasilədə ilk transfer edəcək futbolçu İtaliyanın “Roma” klubunda oynayan braziliyalı Baptistadır. Polat Superliqanın axırıncı turunda “Karabükspor”a məğlubiyyətdən sonra Roma şəhərinə gedərək, Baptistanın meneceri Alessandro Lucci ilə görüşüb. Braziliya yığmasının da üzvü olan hücumçu yay transfer vaxtında “Qalatasaray”ın təklifini “Böyük liqalarda forma geymək istəyirəm” deyərək, geri çevirib. Afina klublarına da “yox” deyən Baptista İtaliya və İngiltərədə variantları alınmayınca onu göndərmək istəyən “Roma”da qalıb. Mövsümə çox pis başlayan paytaxt təmsilçisində sadəcə 71 dəqiqə oynayan braziliyalı menecerinə dövrələrarası fasilədə “Qalatasaray”a gedəcəyini deyib.
Qeyd edək ki, yığmanın heyətində ötən il Konfederasiyalar kubokunu qazanan Baptista “Arsenal” və “Real” klubunda çıxışı ilə tanınıb.
Qeyd edək ki, yığmanın heyətində ötən il Konfederasiyalar kubokunu qazanan Baptista “Arsenal” və “Real” klubunda çıxışı ilə tanınıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0