Əvvəl “Neftçi” - “Qarabağ”, sonra Azərbaycan – Türkiyə
05.10.2010 - 16:48
“Neftçi” və “Qarabağ” klubları gələn həftə görüşəcək. Apasport.az saytının məlumatına görə, indiyə kimi bütün milli çempionatlarda iştirak edən komandalar oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yoxlama oyunu keçirəcək. Görüş saat 16:00-da başlayacaq.
Məlum olduğu kimi, milli komandamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oyunları ilə əlaqədar Premyer Liqamızda fasilə yaranıb. Komandalar fasilədən istifadə edərək, yoxlama oyunu keçirməyi qərara alıb. Həmin gün saat 20:00-da isə Tofiq Bəhramov adına Respublika stadionunda yığmamızın Türkiyə millisi ilə rəsmi oyunu keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”la “Neftçi” hazırda yığmada ən çox təmsilçiləri olan klublarımızdır. Onların cari mövsümün ilk turunda Respublika stadionunda görüşü 1:1 hesabı ilə nəticələnib.
Mənbə: neftchifc.com

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0