Başından güllələnən futbolçu iki həftədən sonra öldü
05.10.2010 - 18:03
Salvadorun 20 yaşlılardan ibarət yığma komandasının futbolçusu Nelson Rivera başından güllə yarası aldıqdan iki həftə sonra xəstəxanada keçinib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 19 yaşlı müdafiəçi ölkənin şərqində cinayətkar dəstənin hücumunun qurbanı olub.
Riveranın çıxış etdiyi “İsidro Metapan” klubunun direktoru Roberto Kampos bildirib ki, futbolçu həkimlərin gülləni onun başından çıxarmağa növbəti dəfə cəhd edərkən, keçinib.
Qeyd edək ki, Nelson Rivera iki komanda yoldaşı ilə birgə “Universidad” komandası ilə oyundan qayıdarkən, avtomobilində güllələnib. Hadisə nəticəsində Riveranın komanda yoldaşları salamat qalıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0