Berti Foqts Amit Quluzadəni yığmadan kənarlaşdırdı
06.10.2010 - 12:16
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Avstriyada təşkil olunan təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçi Amit Quluzadə baş məşqçi Berti Foqtsun razılığına əsasən, yığmanın düşərgəsini tərk edib. O, bu gün 19 yaşadək futbolçulardan ibarət millimizin (U-19) düşərgəsinə yollanıb.
Qeyd edək ki, oktyabrın 11-dən 16-dək Portuqaliyada Avropa çempionatının ilkin seçmə oyunlarında iştirak edəcək U-19 hazırda İspaniyada təlim-məşq toplanışındadır. Yığmamız AÇ-nin seçmə mərhələsində Portuqaliya, Yunanıstan və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.
Mənbə: affa.az

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0