Ballak ilin sonunadək oynamayacaq
06.10.2010 - 17:29
Almaniya milli komandasının və “Bayer” klubunun futbolçusu Mixael Ballak 2010-cu ilin sonunadək sıradan çıxıb. Lent.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 11-də “Hannover”lə ölkə çempionatı matçında baldırından xəsarət alıb.
“Bayer”in kapitanının oktyabrın sonlarında meydançaya qayıdacağı gözlənilsə də, indi onun müalicəsinə kifayət qədər vaxt lazım gələcəyi müəyyənləşib. Yaxın 5-6 həftə ərzində Ballak xüsusi lövhəciklə gəzəcək. Sonradan o, tibbi müayinədən keçəcək. Müayinə nəticəsində təcrübəli oyunçunun bərpa prosesinin gedişinə aydınlıq gələcək. Amma istənilən halda, futbolçu 2011-ci ildən tez meydançaya çıxa bilməyəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0