Türkiyəlilər Vinfred Şaferi Superliqaya aparır
07.10.2010 - 08:11
“Bakı” klubunun baş məşqçisi Vinfred Şafer Azərbaycanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı almaniyalı mütəxəssisin Superliqa təmsilçisi “Bucaspor”un hədəfində olduğunu iddia edir. Onların fikrincə, Şafer bu komandanın yeni çalışdırıcısı olmağa 3 əsas namizəddən biridir.
“Bucaspor”dan istefa verib Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi “Əskişəhərspor”la anlaşan Bülənt Uyğuna əvəzləyici axtaran bucalıların prezidenti Şərəf Üstündağ da Şaferlə maraqlandıqlarını təsdiqləyib: “Portuqaliyalı Joze Kukeyronun ardından Şafer də maraq dairəmizə düşüb. Lakin onların heç biri ilə danışıqlara başlamamışıq. Çünki ilk növbədə nə istədiyimizi müəyyənləşdirməliyik. Yəni bilməliyik ki, bizə yerli, yoxsa əcnəbi çalışdırıcı lazımdır”.
Qeyd edək ki, “Bucaspor”u çalışdırmağa namizədlər sırasında Şafer və Kukeyro ilə yanaşı Reha Kapsalın da adı hallanır.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0