“Styaua”nın sahibi “Xəzər Lənkəran”a mesaj göndərdi: Bu, bir biznesdir
07.10.2010 - 11:34
“Mən Banel Nikolitanın “Xəzər Lənkəran”a keçidi haqda heç nə bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Styaua” klubunun sahibi Cici Bekali deyib.
Dünyanın ən qalmaqallı futbol funksioneri kimi tanınan rumıniyalı milyonçu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin komandasına transfer etmək istədiyi Banel Nikolitanın keçidinə münasibət bildirib. Bekali “Styaua” və Rumıniya yığmasının üzvünü ölkəmizə buraxmağa razı olduğunu bildirib. Təbii ki, öz şərtini qoymaqla: “Viktor Bekali mənə zəng edib dedi ki, Rednik Baneli istəyir. Lakin bu bir biznesdir. Gəlsinlər danışıq aparaq. 3 milyon avro versinlər, Banelin transferini həll etsinlər. Olmasın 3 milyon. Olsun 2,8 milyon”.
Qeyd edək ki, Banel Rumıniyanın milli komandasında keçirdiyi 30 oyuna 1 qol vurub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0