Azərbaycan çempionu qələbə qazandı
09.10.2010 - 21:00
Unibank Premyer Liqasında yaranan fasilə dövrünü boşa vermək istəməyən klublardan bəziləri qüvvələrini yoxlama oyunlarında sınayırlar. Apasport.az saytının məlumatına görə, Bakının “Şəfa” stadionunda keçirilən yoldaşlıq görüşündə paytaxtın “İnter” klubu ilə Zaqatalanın “Simurq” komandası üz-üzə gəliblər. Son ölkə çempionu olan Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə 3:2 hesabıyla qalib gəliblər.
Bütün qolların birinci hissədə vurulduğu matçda bakılılar 0:2 məğlub durumda da olublar. Lakin Mario Souzanın penaltidən, Ramil Mansurov və Daniel Genovun oyun epizodundan vurduğu qollar “İnter”ə qələbə qazandırıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0