Türkiyə yığması Bakıdakı meydançadan qorxdu
11.10.2010 - 14:23
Türkiyə millisi “Bakı” klubuna məxsus bazanın meydançasında zədələnməkdən qorxa-qorxa məşq edib. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, futbolçular Biləcəri qəsəbəsində yerləşən bazaya gələrkən, xoşagəlməz sürprizlə qarşılaşıblar.
Onlar ot örtüyünün çuxurlar üzündən dəlik-deşik vəziyyətə düşdüyünün, parça-parça kəsilən çimlərlə düzəltməyə çalışıldığının şahidi olublar. Qazonun rəzalətli durumda olduğunu yazan türkiyəli həmkarlarımız belə ot örtüyünün həm məşqçilər heyətini, həm də oyunçuları çaşqın vəziyyətə saldığını iddia edib. “Ay-ulduzlular” bu cür meydançanın Arda Turanda olduğu kimi, qasıq nahiyəsindən zədəyə yol aça biləcəyini söyləyə-söyləyə meydançanı yoxlayıblar.
Bu vaxt onlar üçün alternativ variant ortaya çıxıb. Təqribən 20 metr aralıda olan süni örtüklü meydança Türkiyə yığmasına təklif olunub. Lakin futbolçular süni meydançadansa, dəlik-deşik ot örtüyündə məşq etməyi üstün tutublar. Saatyarımlıq məşq zamanı onlar zədələnmə təhlükəsini də göz önünə gətiriblər.
Qeyd edək ki, Türkiyə millisinin növbəti məşqi oktyabrın 11-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Ertəsi gün saat 20:00-da isə “ay-ulduzlular” Azərbaycan yığması ilə oyuna çıxacaqlar.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0