Hiddink finişə yaxınlaşır
11.10.2010 - 16:27
Türkiyə millisinin baş məşqçisi Qus Hiddinkin karyerasını bitirəcəyi vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssisin son çalışdıracağı yığma elə “ay-ulduzlu”lar olacaq. Hiddink türkləri Avro-2012-nin finalına çıxardıqdan sonra onlarla birlikdə DÇ-2014-də də iştirak etmək arzusundadır.
“Mən Türkiyə milli komandasından sonra məşqçilik karyerama nöqtə qoyacağam. 2014-cü ildə Braziliyada keçiriləcək mundialda bu komanda ilə iştirak etmək arzusundayam” – deyə Hiddink bildirib.
Qeyd edək ki, hollandiyalı baş məşqçi hazırda türklərlə 2 illik rəsmi müqaviləyə imza atıb. Lakin onunla 4 illik razılaşma olduğu da ehtimal edilir.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0