Dünyanın ən yaxşı qapıçısının adı açıqlandı
12.10.2010 - 09:39
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) XXI əsrin ilk 10 illiyinin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Yuventus” və İtaliya yığmasının qapıçısı Canluicci Buffon 2001-10-cu illərin yekununa əsasən ən yaxşı sayılıb.
2006-cı ildə dünya çempionu adını qazanan 32 yaşlı Buffon 170 xalla 1-ci yeri tutub. Onun ən yaxın izləyicisi isə son dünya çempionu İspaniyanın qapıçısı İker Kasilyasdır. Yığmanın və Madrid “Real”ının kapitanı 157 xalla 2-ci, Londonun “Çelsi” klubunun və Çexiya millisinin qapıçısı Peter Çex 120 xalla 3-cü olub.
69 qapıçının yer aldığı siyahıda Türkiyənin yeganə təmsilçisi yığmanın sabiq qapıçısı Rüştü Rəcbərdir. “Beşiktaş”ın 37 yaşlı qapıçısı 27 xalla 19-dur.
Qeyd edək ki, Buffon, Kasilyas və Rəcbər müxtəlif vaxtlarda yığmalarının heyətində Bakıya gələrək, milli komandamıza qarşı oynayıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0