Azərbaycan çempionu “Ararat”la qarşılaşacaq
12.10.2010 - 16:44
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən son Azərbaycan çempionu “Araz”ın da rəqibləri məlum olub.
İsveçrənin Nyon şəhərindəki püşkün nəticələrinə əsasən, “Araz” “VİZ-Sinara” (Rusiya), “Ararat” (Kipr), “Çitta de Montesilvano” (İtaliya) klubları ilə eyni qrupda yer alacaq. Naxçıvanlılar Rusiyada mübarizə aparacaqlar. Bu mərhələnin matçları noyabrın 20-28-də keçiriləcək.
Qeyd edək ki, təmsilçimiz əsas mərhələdə İrlandiyanın “Sportinq” (7:4), Latviyanın “Nikars” (7:2) və Rumıniyanın “Tirqu-Mureş” (3:1) klublarını məğlub etmişdi.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0