Adamiya “Neftçi”yə acıq verdi
12.10.2010 - 16:59
Bu gün “Neftçi” və “Qarabağ” klubları arasında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasındakı fasilədən yararlanan komandaların Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən yoxlama oyununda ağdamlılar 1:0 hesabı ilə qalib gəliblər. Qələbə topunun müəllifi ilk hissədə fərqlənən Georgi Adamiya olub. Gürcü hücumçu ölkəmizdə ilk klubu olan, 5 ilə yaxın şərəfini qoruduğu “Neftçi”ni məyus edib.
Qeyd edək ki, hər iki komanda yığmalarda xeyli futbolçusu olduğundan, daha çox ehtiyatda qalanların xidmətindən istifadə edib.
Qeyd edək ki, hər iki komanda yığmalarda xeyli futbolçusu olduğundan, daha çox ehtiyatda qalanların xidmətindən istifadə edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0