Raul “Beşiktaş”a gəlir
12.10.2010 - 17:36
Məşhur ispaniyalı futbolçu Raul Qonsales karyerasını Türkiyədə davam etdirmək istəyir. Apasport.az saytının məlumatına görə, uzun illər oynadığı Madrid “Real”ının heyətində çoxsaylı titullar qazanan təcrübəli hücumçu “Beşiktaş”a keçmək fikrindədir.
Bu yay “Real”ı Almaniyanın “Şalke” klubuna dəyişən Raul oranı yaxın vaxtda tərk etməyi düşünür. O, autsayderlər sırasında yer alan komandanın heyətində Almaniya çempionatında oynamaqdan məmnun deyil və “Qara Qartallar”a keçmək variantını götür-qoy edir. Hücumçunun məhz bu komandanı seçməsi təsadüfi deyil.
Belə ki, Raulun uzun illər “Real”da komanda yoldaşı olan həmyerlisi Quti yayda “Beşiktaş”a keçdi. Quti almaniyalı mütəxəssis Bernd Şusterin təklifini qəbul etdi. Şuster “Real”ın da baş məşqçisi olub ki, həmin vaxt Raul onun rəhbərliyi altında oynayıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0