“Xəzər Lənkəran” Antalyadan məğlub qayıdır
12.10.2010 - 23:02
Milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Unibank Premyer Liqasında yaranan fasilədən istifadə edərək Antalyaya təlim-məşq toplanışına yollanan “Xəzər Lənkəran” növbəti yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, “Kasımpaşa” ilə qarşılaşan cənub təmsilçisi meydanı məğlub tərk edib. Türkiyə çempionatının yüksək liqasında mübarizə aparan komanda “ağ-yaşıllar” üzərində qələbə qazanıb – 1:0.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk sınaq oyununda həvəskar “Muradpaşa Bələdiyyəsi” komandasının qapısından 8 cavabsız top keçirmişdi.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk sınaq oyununda həvəskar “Muradpaşa Bələdiyyəsi” komandasının qapısından 8 cavabsız top keçirmişdi.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0