David Vilya: 69 oyuna 44 qol!
13.10.2010 - 13:48
İspaniyalı futbolçu David Vilya milli komandada rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 29 yaşlı hücumçusu Avro-2012-nin seçmə mərhələsinin Şotlandiya ilə oyununda fərqlənməklə, yığmada 44-cü qolunu vurub. Bununla, Vilya İspaniya yığmasının əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb. Lakin bu sayda qolu 102 matça vuran 33 yaşlı Rauldan fərqli, David 69-cu oyununda “4”ləri qoşalaşdırıb.
Qeyd edək ki, Vilya rekordu təkrarladığı görüşdə zədələnib. O, sabiq klubu “Valensiya” ilə İspaniya çempionatında keçiriləcək matçı böyük ehtimalla buraxacaq.
Qeyd edək ki, Vilya rekordu təkrarladığı görüşdə zədələnib. O, sabiq klubu “Valensiya” ilə İspaniya çempionatında keçiriləcək matçı böyük ehtimalla buraxacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0