“Məni öldürmək üçün radio kifayət etməz”
19.11.2010 - 12:56
Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolari xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 2002-ci ildə “sambaçılar”ı dünya çempionu edən mütəxəssis çalışdırdığı “Palmeyras” klubunun “Qoyas”la oyunundan sonra canlı hədəfə çevrilib.
Belə ki, azarkeşlər Libertadores kubokunun qarşılaşması bitəndən dərhal sonra müsahibə verən Skolariyə “atəş açıblar”. Mərmi rolunu oynayan və tribunadan atılan radio qəbuledici baş məşqçinin boynuna dəyib.
Tribunalara çevrilən Skolari fanatlara yumruq göstərib və müsahibəsində qeyd edib ki, məni öldürmək üçün radio kifayət etməz, daha ağır əşya lazımdır.
Qeyd edək ki, Skolarinin komandası bu matçda 1:0 hesabı ilə qalib gəlib.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0