“Qəbələ” rəsmiləri Braziliyada
20.11.2010 - 00:00
“Qəbələ” klubunun icraçı direktoru Alastair Saverimutto və baş meneceri Zaur Əzizov “Soccerex” futbol festivalında iştirak etmək məqsədilə Braziliyaya yola düşüb. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Rio de Janeyro şəhərində 20-24 noyabr tarixlərində keçiriləcək festivalda dünyanın aparıcı futbol klublarının nümayəndələri, tanınmış futbolçular, idman sahəsinə investisiya qoymaqda maraqlı olan böyük şirkətlərin təmsilçiləri yer alacaqlar.
Səfər köklü və futbol sahəsində böyük uğurlara imza atmış klublarla əməkdaşlıq, yeni işgüzar əlaqələrin yaradılması və təcrübələrin mübadiləsi məqsədi daşıyır. Tədbir zamanı “Real”, “Milan”, “Portu” və digər tanınmış klubların rəsmilərilə görüşlər gözlənilir.
Qeyd edək ki, bu il 15-ci dəfə keçiriləcək futbol festivalının təşkilində məqsəd Dünya Çempionatı və Olimpiya Oyunları ətrafında fikir mübadiləsi aparmaq, futbolun maliyyə və hüquqi tənzimlənməsi, stadionların inkişaf etdirilməsi, müasir texnologiyaların futbolda tətbiqi, qlobal marketinq strategiyalarının araşdırılması, yeni futbolçuların kəşfi və klublararası əməkdaşlıq sahələrində təcrübələrin paylaşılmasıdır.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0