Ronaldinyo gecə kefində
20.11.2010 - 10:36
“Milan” klubunun futbolçusu Ronaldinyo peşəkarlığa yaraşmayan hərəkət edib. Apasport.az saytının məlumatına görə, vaxtilə dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən braziliyalı yığma üzvü bütün gecəni Milan şəhərinin ən bahalı restoranlarından birində keçirib. Ronaldinyonun hava işıqlananda dostları ilə birgə məkanı tərk etdiyi görünüb. Bunu eşidən “Milan”ın baş məşqçisi Massimiliano Alleqri çox məyus olub: “Mən baş verənlərlə bağlı heç nə bilmirdim və bunu jurnalistlərdən eşitdim. Təbii ki, belə vaxt keçirmək peşəkar idmançı üçün qəbul olunmazdır”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0