“Bakıdakı məğlubiyyətdən sonra Türkiyə futbolundan məmnun deyiləm”
20.11.2010 - 10:47
Türkiyə yığmasının hollandiyalı baş məşqçisi Qus Hiddink Azərbaycan yığmasına məğlubiyyəti vətənində də xatırlayıb. Apasport.az saytının məlumatına görə, noyabrın 17-də Amsterdamda həmyerlilərinə 0:1 hesabı ilə yoldaşlıq görüşündə uduzan hollandiyalı çalışdırıcı heyətlə bağlı islahatlarından danışıb. Hiddink Hollandiyaya gənc komanda ilə gəlməsini belə izah edib: “Azərbaycana məğlubiyyət Türkiyə yığmasında gəncləşdirmə əməliyyatına başlamağa səbəb oldu. Avro-2012 yolunda çox önəmli iki məğlubiyyətdən sonra Türkiyə futbolundan həm məmnunam, həm də yox. Enişli-yoxuşlu bir dövrdəyik. Misal üçün Belçikaya qarşı çox pis deyildik. Ancaq Azərbaycan qarşısında xəyal qırıqlığı yaşadıq”.
Qeyd edək ki, Türkiyə yığması ötən ay 4 gündə səfərdə keçirdiyi səfər oyunlarında Almaniyaya 0:3, Azərbaycana 0:1 hesabı ilə uduzdu.
Qeyd edək ki, Türkiyə yığması ötən ay 4 gündə səfərdə keçirdiyi səfər oyunlarında Almaniyaya 0:3, Azərbaycana 0:1 hesabı ilə uduzdu.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0