“İnter”in rəqibi hazırlaşır
24.12.2010 - 12:57
Gələn ilin əvvəlində Rusiyada keçiriləcək “Birlik kuboku”nun qrup mərhələsində Azərbaycan çempionu “İnter”in rəqibi olan Tacikistanın “İstiqlal” klubu turnirin hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, bir neçə gündür məşqlərə start verən taciklər artıq baxışa dəvət olunan futbolçuları sınayırlar.
Komandanın baş məşqçisi Alimjon Rafikovun yoxladığı simalar arasında özbəkistanlı Fərhad Yuldaşev də var. Ölkə çempionatının ən yaxşı qapıçısı olmuş bu futbolçu əvvəllər “Vaxş”da çıxış edib. Azərbaycan Premyer Liqasının bombardiri Bahodir Nasimovun həmyerlisi ilə yanaşı, bir neçə tacik oyunçu da baxışdan keçir.
Dekabrın 30-dək Düşənbədə məşq keçəcək “İstiqlal” gələn il Rusiyaya yollanacaq. Yanvarın 3-dən 12-dək Kazanda təlim-məşq toplanışında olacaq Rafikovun yetirmələri “KamAZ” və “Rubin-2” ilə yoldaşlıq oyunları keçirəcəklər.
Qeyd edək ki, “Birlik kuboku” yanvarın 14-23-də keçiriləcək.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0