“Azərbaycanla oyunu unutmamalıyıq”
24.12.2010 - 13:08
“Bütün oyunlara eyni gözlə baxıram. Stadiona hər dəfə ayaq basmağım, böyük auditoriya qarşısına çıxmaq mənim üçün yeni bir təcrübədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya millisinin futbolçusu Stefan Mayerhofer deyib.
Almaniyanın “Duysburq” klubunda oynayan 28 yaşlı hücumçu Avro-2012-nin seçmə mərhələsi haqqında fikirlərini açıqlayıb. O, müsahibəsində Azərbaycanla oyun haqda da danışıb: “Azarkeş kütləsi ilə rəqib meydanında da üzləşirik. Bu səbəbdən də səfərdə keçirəcəyimiz Azərbaycan və Qazaxıstanla qarşılaşmaları unutmamalıyıq. Bu görüşlərdə işimiz çox çətin olacaq”.
Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu gələn il oktyabrın 7-də keçiriləcək.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0