Millimizin futbolçusuna “Fənərbaxça”dan rəsmi dəvət gəldi
25.12.2010 - 17:49
Türkiyənin “Fənərbaxça” klubu “Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadəni heyətində görmək istəyir. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin titullu klubu 18 yaşlı yarımmüdafiəçiyə rəsmi dəvət göndərib. Bu, “Fənərbaxça”nın baş meneceri Sərkan Acardan “Neftçi”nin prezidenti Sadıq Sadıqovun adına daxil olduğu məktubda göstərilib. İstanbullular Quluzadəni yanvarda keçirəcəkləri təlim-məşq toplanışına dəvət edib.
Qeyd edək ki, milli komandamızda baş məşqçi Berti Foqtsun dövründə debüt edən Amitə Rusiyanın ikiqat çempionu “Rubin” klubu tərəfindən də maraq var idi.
Mənbə: neftchifc.com
Qeyd edək ki, milli komandamızda baş məşqçi Berti Foqtsun dövründə debüt edən Amitə Rusiyanın ikiqat çempionu “Rubin” klubu tərəfindən də maraq var idi.
Mənbə: neftchifc.com
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
0
0