“Neftçi” “Kuban”a da uduzmadı
03.02.2011 - 16:14
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan Bakının "Neftçi" klubunun əvəzedici heyəti üçüncü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İqor Getmanın yetirmələri yerli "Kuban" (Krasnodar) klubunun əvəzedici heyəti ilə qarşılaşıblar.
Görüş 2:2 hesabı ilə başa çatıb. "Neftçi"nin qollarını Aqşin Muxtarlı ilə Tural Adıgözəlov vurub. Getmanın rəhbərlik etdiyi komanda sabah təlim-məşq toplanışını başa vuraraq, Vətənə qayıdacaq.
Qeyd edək ki, gənclər hazırlıq prosesi zamanı 3 yoxlama görüşü keçirib. "Spartak" Nalçik (1:1) və "Kuban" Krasnodar (2:2) komandalarının əvəzedici heyəti ilə heç-heçə oynayan "Neftçi" "Krasnodar" klubunun gənclərinə qalib gəlib.
Mənbə: neftchifc.com

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0