Avropa çempionatının finalçıları Bakıya gəlir
03.02.2011 - 16:32
21 yaşadək futbolçular arasında Avro-2013-ün bu gün keçirilən püşkatmasında Azərbaycan yığmasının bəxti gətirməyib. Apasport.az saytının məlumatına görə, Avro-2011-in final mərhələsində oynayacaq 8 komandadan ikisi növbəti seçmə mərhələdə Bernard Lippertin yetirmələrini sınağa çəkəcək.
Bunlar İslandiya və İngiltərə yığmalarıdır. Onlar iyunun 11-də Danimarkada start götürəcək Avro-2011-də fərqli qruplarda yarışacaq. İslandiyalılar A, ingilislər B qrupunda çıxış edəcəklər.
Millimizlə ev-səfər prinsipi ilə 2 dəfə görüşəcək digər komandaları da zəif saymaq olmaz. Belçika yığması son seçmə mərhələdə qrup 2-ci olub. Yalnız az xal toplamaları belçikalıların pley-offa yolunu bağlayıb. Norveçlilər isə son seçmə mərhələni 5 komanda arasında 4-cü pillədə bitiriblər.
Qeyd edək ki, İslandiya və İngiltərə seçmə qrup mərhələsində 2-ci olmaqla pley-offa, ordan isə final mərhələsinə yüksəlib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0