Rəşad Sadıqovun komandasının seriyası qırıldı
07.02.2011 - 09:27
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bülənt Uyğunun yetirmələri Superliqanın 20-ci turunda “Qalatasaray”ın qonağı olublar. Son 8 matçda uduzmayan, 4 oyundur qol buraxmayan “Əskişəhərspor” bu dəfə meydanı başıaşağı tərk edib – 2:4. İstanbullular qarşılaşmanın taleyini artıq ilk yarıda həll edib 3 cavabsız qol vurublar. Qonaqlar görüşün sonlarında fərqi minimuma endirsə də “Cim-Bom” daha bir dəfə fərqlənə bilib. Sadıqov bu dəfə də meydana çıxmayıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra hesabında 28 xal olan “Əskişəhərspor” 3 pillə geriləyərək 9-cu pilləyə enib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra hesabında 28 xal olan “Əskişəhərspor” 3 pillə geriləyərək 9-cu pilləyə enib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0