“Spartak” və “Zenit”in futbolçuları Azərbaycan yığmasında
07.02.2011 - 18:29
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov fevralın 9-dan 12-dək keçiriləcək təlim-məşq toplanışında sınayacağı futbolçuları müəyyənləşdirib. O, Şağan Olimpiya İdman Kompleksində baş tutacaq hazırlıqlarda 24 oyunçuya - Emil Həşimov, Ramin Şirinov, Nurlan Əhmədov (hamısı “Qarabağ”), Fuad İslamzadə, Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev (hamısı “İnter”), Kənan Manafov, Eyyub Əliyev, Azər İbrahimov (hamısı “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı “Qəbələ”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Xəlil Əhmədov (ROİL), Polad Mirzəzadə (“Bakı”), Kamran Hacıyev (“Gənclik”), Zamin İsmayılov (“Spartak-Alaniya”, Rusiya), Elvin Murtuzov (“Kvadro”, Rostov, Rusiya), İsmayıl İsmayılov (“Lokomotiv”, Moskva, Rusiya), Orxan Əliyev (“Elektroavtomatika”, Stavropol, Rusiya), Ruslan Nəsirli (“Maşuk-KMV”, Pyatiqorsk, Rusiya), Elmin Həsənov (“Zenit”, Sankt-Peterburq, Rusiya) və Rüstəm Əsgərova (“Tekstilşik”, İvanovo, Rusiya) şans verəcək.
Mənbə: affa.az
Mənbə: affa.az
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0