Dünən Şükürov, bu gün Sadıqov
07.02.2011 - 20:02
Azərbaycan millisi Macarıstanla yoldaşlıq görüşünə tam heyətlə hazırlaşır. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, yığmamızın yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışına son qoşulanlar ölkədən kənarda çıxış futbolçularımız oldu.
Bunlar kapitan Rəşad Sadıqovla vitse-kapitan Mahir Şükürovdur. Rusiyanın “Anji” klubunda oynayan Şükürov hazırlıq keçdikləri Antalyadan Dubaya dünən gələrək, hazırlığa qatılıb. Ancaq Sadıqovun oynadığı Türkiyənin “Əskişəhərspor” klubunun dünən Superliqada “Qalatasaray”la səfər oyunu (2:4) olduğundan, millimizin lideri bu gün yığmanın düşərgəsinə gələ bilib. Bununla, millimiz fevralın 9-da rəqibi olan macarlarla oyuna bu gündən tam heyətlə hazırlaşmaq imkanına malik olub.
Mehman SÜLEYMANOV

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0