Milli komandanın şərəfinə...
08.02.2011 - 16:56
Son dünya və Avropa çempionu İspaniya millisinin uğurları Pireney ölkəsində diqqətdən kənar qalmır. Apasport.az saytının məlumatına görə, Saraqosa şəhərinin meydanlarından birinə yığmanın adı verilib.
İspaniyada “La Roja” kimi, yəni “qırmızılar” adı ilə tanınan millinin şərəfinə bu meydan da eyni cür adlanacaq. Açılış mərasimi baş tutan meydan basketbol və həndbol matçlarının keçirildiyi arenanın yaxınlığında yerləşir. Bu ərazidə futbol stadionunun da inşası nəzərdə tutulub.
Qeyd edək ki, Saraqosa şəhəri oyun qəhrəmanlarının da adlarının əbədiləşdirilməsi ilə tanınır. Bu şəhərdə hamının yaxşı tanıdığı “Super Mario” kompüter oyunundakı personajın adını daşıyan prospektə də rast gəlmək olar.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0