AZAL tədbirə hazırlaşır
09.02.2011 - 09:41
Bakının AZAL klubu qış transfer dövründə müqavilə bağladığı futbolçuları mətbuata təqdim etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi artıq tədbirin keçiriləcəyi günü və yeri də müəyyənləşdirib. Belə ki, fevralın 10-da saat 19:30-da "Airport" oteldə komandaya cəlb olunan yeni oyunçular mətbuata tanıdılacaq.
Həmin gün belaruslu Gennadi Blizniuk, bolqarıstanlı Enyo Krastovçev, serbiyalı Mənsur Limani, latviyalı Ritus Krjauklis və həmyerlimiz Cavid Rəhimov jurnalistlər qarşısına çıxarılacaq. Təqdimetmə mərasimindən sonra AZAL rəsmilərinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0