Mpenzanın təkzibi
11.02.2011 - 00:37
“Neftçi” klubu belçikalı hücumçusu mətbuatda 6 aylığa sıradan çıxması ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, Emil Mpenza klubun rəsmi saytına Azərbaycana qayıdacağı tarixi dəqiqliklə deyib: “Mətbuatda 6 aylığa sıradan çıxmağım haqqında yayılan xəbərlər doğru deyil. Mən bir müddət əvvəl klubun rəsmi saytına müsahibəmdə 6 həftəyə yaşıl meydanlara qayıdacağımı bildirmişdim. Bu qüvvədə qalır. Əməliyyatdan sonra zədəmin bərpa prosesi sadəcə 6 həftə çəkəcək. Artıq həkimlərin rəyi sayəsində, sabahdan etibarən fərdi məşqlərə başlayacam. 6 həftəyə isə komandamın sıralarına qoşulacam”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0