Məmmədovun ilk heç-heçəsi
18.03.2011 - 10:14
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” klubu Qazaxıstan çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, atıraulular III turda “Vostok”un qonağı olublar. Ust-Kamenoqorsk şəhərində keçirilən matçda qalib müəyyənləşməyib – 2:2. Birinci hissədə 2 cavabsız qol buraxan Məmmədovun yetirmələri fasilədən sonra hesabda tarazlıq yarada biliblər. Sonuncu qol isə 3-cü uzatma dəqiqəsində vurulub.
Qeyd edək ki, bu, Məmmədovun Qazaxıstan çempionatında ilk heç-heçəsidir.
Qeyd edək ki, bu, Məmmədovun Qazaxıstan çempionatında ilk heç-heçəsidir.
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
- “Everton”dan ayrıldı - yeni klubu bəlli oldu
0
0