“Qalatasaray” derbini uduzdu
19.03.2011 - 00:58
Bu gün Türkiyə Superliqasında XXVI tura start verilib. Apasport.az saytının xəbərinə görə, turun ən maraqlı oyunu “Türk Telekom” arenada keçirilib.
Burada əzəli rəqiblər "Qalatasaray"la "Fənərbaxça" üz-üzə gəliblər. Oyunda hesabı meydan sahibləri açıb. 14-cü dəqiqədə Kazım Kazım sabiq komandasını cəzalandırıb. Buna baxmayaraq, “Cim Bom” qələbə hesabını qoruya bilməyib. Fasilədən sonra meydana çıxan Semih 76-cı dəqiqədə tarazlığı bərpa edib.
Semihin qol vurmasına assisentlik edən Aleks də fərqlənib. Braziliyalı futbolçu 87-ci dəqiqədə “Qalatasaray”ı məğlubiyyətini rəsmiləşdirən qolun müəllifi olub.
Bu qələbədən sonra xallarının sayını 60-a çatdıran “Fənərbaxça” birinci pillədəki mövqeyini qoruyub. Cari mövsümdə 13-cü məğlubiyyətini alan “Qalatasaray” isə 33 xalla 11-ci yerdədir.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0