Şensoydan Foqtsa tövsiyə
18.03.2011 - 16:44
“Bu gün 3 xal üçün oynadıq. Qalib gəldiyimiz üçün şadam, futbolçularımı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy deyib.
Premyer Liqanın XXIV turunda evdə MOİK-ə 1:0 hesabı ilə qalib gələn komanda azarkeşlərini ardıcıl 2-ci qələbə ilə sevindirib. Şensoy millimizi çalışdıran almaniyalı həmkarı Berti Foqtsa tövsiyəsini çatdırıb: “Azarkeşlər həmişə kimi, komandanı ürəkdən dəstəklədi. İlk 20 dəqiqəni istədiyimiz kimi oynaya bilmədik. MOİK çox yaxşı komandadır. Hər matçda öz oyunlarını göstərirlər. Milli komandanın baş məşqçisi Berti Foqtsun Vurğun Hüseynova yaxşı formada olduğuna diqqət etməsini istərdim".
MOİK-in baş məşqçisi Ramil Əliyev qol vura bilməməklərindən gileylənib: “Yaxşı oyunun şahidi olduq. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. "Turan" öz imkanlarından istifadə etdi, biz isə məğlub olduq. Qol vura bilməyən komanda qalib ola bilməz ".

- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
0
0