APA jurnalist və polislərin oyununa mükafat təsis edib
18.03.2011 - 18:28
Mətbuat Şurası (MŞ) ilə Bakı Futbol Federasiyasının (BFF) Azərbaycan futbolunun 100 illiyi münasibətilə tədbirlər planı çərçivəsində Bakının jurnalistlərdən və polislərdən ibarət yığma komandaları arasında dostluq görüşü keçiriləcək.
MŞ-dən Lent.az-a verilən məlumata görə, martın 19-da saat 11.00-da “Şəfa” stadionunun əsas meydanında başlanacaq oyunu FİFA referesi Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Artıq görüşə hazırlıq işləri yekunlaşıb, futbolçulara veriləcək mükafatlar müəyyənləşdirilib. Komandalara MŞ-nin xatirə kubokları, AFFA, BFF, Daxili İşlər Nazirliyinin hədiyyələri təqdim olunacaq. Bundan əlavə İctimai Televiziya və APA (Azəri-Press Agentliyi) ən yaxşı xətt oyunçularına təqdim olunmaq üçün xüsusi mükafatlar təsis ediblər. Komandalara Novruz xonçaları da veriləcək.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0