Əfran İsmayılov: Özümü yad hiss edirdim
19.03.2011 - 00:05
“Ağır oyun keçdi. Əsas odur ki, istədiyimiz nəticəni qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Final mərhələsinin ikinci turunda AZAL-ı minimal hesabla məğlub edən Ağdam təmsilçisi turnir cədvəlindəki mövqeyini möhkəmlətdi. Liderlər qrupundan geri qalmayan “Qarabağ” ötən tur “Xəzər Lənkəran”ı büdrədən AZAL-ı penaltidən vurulan qolla məğlub etdi. Rəqibin yaxşı müdafiə olunduğunu vurğulayan İsmayılov buna görə oyunda real qol epizodlarının az olduğunu bildirib: “AZAL-ın necə müdafiə olunduğunu hamı bilir. Bir imkanımız oldu, ondan da maksimum istifadə etdik. Onlardan hər dəqiqə xal almaq olmur”.
Uzun fasilədən sonra ilk dəfə əsas heyətdə meydana çıxan yarımmüdafiəçi bir qədər həyəcanlı olduğunu söyləyib: “Çoxdan idi əsas heyətdə meydana çıxmırdım. Özümü yad hiss edirdim. Oyunum nə yaxşı, nə də pis alındı”.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0