Milli komandada kapitan dəyişikliyi
20.03.2011 - 15:29
İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello yığmanın kapitanının dəyişdiyini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis “Çelsi”nin müdafiəçisi Con Terrinin təxminən 1 illik fasilədən sonra yenidən kapitan sarğısının sahibi olacağını bildirib. Terri vəzifəsinə Uelslə Avro-2012-nin seçmə oyunundan başlayacaq. Kapello bu addımı onunla əsaslandırıb ki, Stiven Cerrard və Rio Ferdinandın zədəlidirlər: “Mən əvvəldən Terrini kapitan kimi görürdüm. Bir illik cəza onun üçün kifayətdir. Bununla bağlı son 1 ildəki kapitan Ferdinandla danışmaq istəyirdim. Lakin o, görüşdən imtina etdi”.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0