“Avropa Liqası zibil turniridir”
20.03.2011 - 21:12
Avropanın 2-ci dərəcəli klub turniri olan Avropa Liqası ildən-ilə nüfuzunu itirir. Apasport.az saytının məlumatına görə, güclü komandaların artıq barmaqarası yanaşdığı yarışda ildən ilə zəiflərin hegemonluğu diqqət çəkir. Almaniyanın “Bavariya” klubunun ulduzu Frank Riberi isə daha qabağa gedərək turnirə təhqir edib: “Klubumuz, azarkeşlərimiz üçün Çempionlar Liqasına düşmək əsas vəzifədir. Nəyin bahasına olursa-olsun Avropa Liqasında oynamaqdan qurtulmalıyıq. Bu, zibil turnirdir. Orada mübarizə aparmaq maraqsızdır. Bir dəfə Çempionlar Liqası həyəcanı yaşayan yenə məhz bu yarışda oynamaq istəyir”.
Qeyd edək ki, avrokuboklarda çıxış edən Azərbaycan klubları ən böyük uğurlarını məhz Avropa Liqasında qazanıblar.
Qeyd edək ki, avrokuboklarda çıxış edən Azərbaycan klubları ən böyük uğurlarını məhz Avropa Liqasında qazanıblar.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0