Ronaldonun 3 min avroluq şam yeməyi – FOTOSESSİYA
23.03.2011 - 14:36
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo yeni sevgilisi İrina Şeyxlə birlikdə paparatsilərin “hədəf”inə düşüb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Real” klubunun ulduzu rus gözəlçəni Madridin ən məşhur restoranlarından birinə dəvət etdiyinə də peşman olub. Belə ki, cütlük romantik şam yeməyini paparatsilərin nəzarəti altında keçirməli olub. İspaniyalılar onların romantik şəkillərini çəkməklə kifayətlənməyərək restorana ödədikləri hesabı da öyrəniblər. Məlum olub ki, Ronaldo bir şam yeməyi üçün 3 min avro xərcləyib. Lakin cütlüyün nəyi isə qeyd etdiyi, yoxsa adi bir günü arxada qoyduğunu müəyyənləşdirmək mümkün olmayıb.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0