“Bakı”nın keçmiş futbolçusu 6 il azadlıqdan məhrum edildi - FOTO
24.03.2011 - 10:11
Gürcüstanda 2010-cu ilin yayında oğru dünyası ilə əlaqələrdə günahlandırılaraq saxlanılmış futbolçu Georgiya Demetradzeyə hökm oxunub.
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, o, 6 il azadlıqdan məhrum edilib. Georgiya Demetradze ilə bərabər 2 nəfər – David Qaqnidze və David Peikrişvili də mühakimə olunub. Bu şəxslər müvafiq olaraq 8 və 2 il azadlıqdan məhrum ediliblər. Georgiya Demetradzenin vəkili şikayət etmək niyyətindədir.
Qeyd edək ki, Georgiya Demetradze keçən il iyulun əvvəlində Tiflisdə saxlanılıb. O, Ukraynada yaşayan kriminal avtoritet Vato Kipiani ilə qanunsuz totalizator oyunlarının təşkilində günahlandırılır.
Qeyd edək ki, Georgiya Demetradze müxtəlif vaxtlarda Rusiya, Ukrayna, İsrail komandalarında, o cümlədən Azərbaycanın “Bakı” komandasında oynayıb.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0