Quti yenidən Bekhemlə komanda yoldaşı olur
04.04.2011 - 15:53
Mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq Qutinin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ispaniyalı ulduzun İstanbul təmsilçisi ilə 1 illik müqaviləsi qalsa da, o karyerasını “qara qartalların” heyətində davam etdirməyəcək.
Həmkarımız Qutinin Amerikaya üz tutacağını bildirirlər. Onların yazdıqlarına görə, 35 yaşlı futbolçu “Los Anceles Qalaksi” ilə prinsipcə anlaşıb və növbəti mövsümdə “Real”da birgə forma geyindiyi sabiq komanda yoldaşı Devid Bekhemlə eyni klubun uğurları üçün tər tökəcək.
Xatırladaq ki, bu günlərdə Quti verdiyi açıqlamada da başqa ölkədə çıxış etmək istədiyini demişdi.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0