Ueyn Runi söyüş söydü, 2 oyunluq cəzalandı
05.04.2011 - 09:26
İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi haqda qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasının hücumçusu 2 oyunluq cəzaya məruz qalıb. Buna səbəb Runi “Vest Hem” klubu ilə ötən turdakı oyunda 3-cü qolu vurduqdan sonra kameraya təhqiramiz ifadələr işlətməsidir. Bununla da Ueyn növbəti 2 oyunu – “Fulhem”lə Premyer Liqada və “Mançester Siti” ilə kubok görüşünü buraxmalı olacaq.
- DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
0
0