Ölkə çempionatı boş tribunalar qarşısında
05.04.2011 - 09:57
Futbol üzrə Misir çempionatının oyunları boş tribunalar önündə keçirilə bilər. Apasport.az saytının məlumatına görə, afrikalılar ölkədəki siyasi durumla əlaqədar yanvarda dayandırılan birinciliyin keçirilməsi üçün müxtəlif yollar axtarır. Çempionatın aprelin 13-də bərpa ediləcəyi gözlənilsə də qarşılaşmaların hansı şəkildə baş tutması məlum deyil. Qitə kuboku matçı zamanı azarkeşlərin meydana soxulub hakimləri döyməsindən sonra misirlilər 2 variant üzərində baş sındırır. Görüşlər böyük ehtimalla boş tribunalar və baxlı qapılar arxasında keçiriləcək. Lakin matçların hərbi düşərgələrdə oynanılması da mümkündür.
- DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
0
0